• slide1
     
  • slide1
     


  •  






Dostumuz və həmkarımız Nəriman İsayev, insanlara qayğı göstərmək, Azərbaycan vətəndaşlarının firavan yaşaması üçün var-qüvvəsini sərf etmiş dəyərli mütəxəssislərdən, unudulmayan rəhbər işçilərdən biridir.

Ardını oxu...
034.jpg

İnsandan həyatda yadigar olaraq xoş xatirələr, xeyirxah əməllər və bir də əl izləri qalır. Belə insanlardan biri də Nəriman Ağaxan oğlu İsayevdir...

Bəhram Məhəmməd oğlu İbrahimov

У него была большая внутренняя вера…

 

 

Vahid Hacıyev,

Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin tikilməkdə olan su təsərrüfatı obyektlərinin birləşmiş Müdiriyyətin rəis müavini

 

Vahid Hilal oğlu Hacıyev əslən bərdəlidir. Azərbaycan Politexnik İnstitutunun yetirməsidir. Kür-Araz Su Tikintisi Baş İdarəsinin bölmələrində, "Azərborutikintiquraşdırma" trestinin idarələrində məsul və rəhbər vəzifələrdə işləmiş, iri tikinti trestlərində çalışmışdır. Hazırda tikilməkdə olan su təsərrüfatı obyektlərinin birləşmiş müdiriyyətində rəis müavinidir.

 

“Nəriman Ağaxan oğlu İsayevi hələ tələbəlik illərindən tanıyıram. Onda mən Politexnik İnstitutunda oxuyurdum. Böyük qardaşım Saleh Hacıyev nazir vəzifəsində işləyirdi. Həmin illərdə ikisi də Baş İdarəyə rəhbərlik edirdilər. İş elə gətirdi ki, hökumət nümayəndələri üçün "Domsovet"in yaxınlığında nəhəng bir yaşayış evi tikib istismara buraxıldı və son nəticədə qardaşıma da oradan ev verdilər. Beləliklə, Saleh qardaşımla Nəriman müəllim oldular qonşu. Bax, həmin dövrdən biz bir-birimizi tanıdıq.

Mən ali məktəbi bitirdim. Zərdabda, Yevlaxda, Beyləqanda, Füzulidə sahə rəisi, idarə rəisi işlədim. Arada Bakıya köçdüm. Bax, onda Nəriman müəllim şəxsən özü məni rəis olduğu trestə dəvət etdi. Bir neçə ay trestdə mühəndis işlədim. Az sonra məni trestin ən böyük idarəsinə rəis təyin etdi. Biz xeyli müddət bir yerdə işləmiş olduq. Sonra məni "Azərbaşmeliosutikinti" sistemində trest müdirliyinə dəvət etdilər. Bu vəzifəyə gedəndə onun ilk xeyir-duasını Nəriman müəllim verdi. Yadımdadır, Nəriman İsayev dedi:

- Əgər yüksək vəzifəyə çəkilməsəydin, icazə verməzdim. Sənə daha böyük uğurlar arzu edirəm.

Mən "Milkanalsutikinti" və "Qarabağmeliosutikinti" trestlərində müdir işlədiyim illərdə Nəriman İsayevlə daha sıx, daha çox rabitədə olmuşam. Təzə qəsəbələr salanda, melioratorlar üçün məktəb, uşaq bağçası tikəndə ixtisaslı quraşdırıcılara böyük ehtiyac duyduğum zaman, yaxud idarəmizin inşaat materiallarına tələbatı artanda Nəriman müəllimin başçılıq etdiyi Baş idarəyə və Tikinti Materialları Sənayesi Nazirliyinə ürək açıqlığı ilə müraciət edirdim. Demək olardı ki, mənim qələbəlik, uğurlu işimin hamısı Nəriman İsayevin fəal köməyi ilə sona çatmışdır.

Mən hesab edirəm ki, Nəriman İsayevi həmkarları və həmyaşıdlarından fərqləndirən bir neçə müsbət cəhətlər vardı. Birincisi, Nəriman İsayev daxilən güclü inama malik idi. O, adamlara, xüsusilə tabeçiliyində çalışanlara inanırdı və bel bağlayırdı. İnsanlara qarşı inamsızlıq onun təbiətinə zidd idi. Bir sıra hallarda ona qarşı edilən haqsızlıqlara baxmayaraq, içindəki inam sayəsində bir sıra mənfi ünsürlərə qalib gələ bilmiş, daim başucalığı olmuşdur.

İkinci fərq ondadır ki, Nəriman müəllim çoxlarının edə bilmədiyini edə bilirdi. Məsələn, o, özünə kənardan baxmağı bacarırdı. Kənardan özünə baxanda yaxşı cəhətləri saxlardı, pis cəhətləri görə bilən kimi dərhal onu kənara atmağı bacarırdı. Üstəlik, yaxşı cəhətini təkmilləşdirirdi, pis cəhətlərin baş verməməsinə çalışırdı.

Nəriman müəllim sadəliyi, qayğıkeşliyi və mehribançılığı ilə yaddaşlarda bu gün də yaşayır. O, obyektlərə gedəndə adi fəhlələrlə görüşər, salamlaşar, hal-əhval tutar, xoş ünsiyyət qurardı rəhmətlik. Mən fəxr edirəm ki, inşaat bilicilərindən biri olan Nəriman İsayev kimi şəxsiyyətlə bir yerdə çiyin-çiyinə işləmişəm və ondan çox şeylər öyrənmişəm. O, sözün əsl mənasında ustad idi, tikinti bilicisi idi. Bakının və ayrı-ayrı bölgələrimizin gözəlləşməsində, uzunömürlü obyektlərin tikilməsində böyük ustadımız Nəriman İsayevin əməyi daha çoxdur və unudulmazdır. Allah ona rəhmət eləsin!”.