• slide1
     
  • slide1
     


  •  






 

 

 

 

“Nəriman Ağaxan oğlu İsayevi hələ tələbəlik illərindən tanıyıram. Onda mən Politexnik İnstitutunda oxuyurdum. Böyük qardaşım Saleh Hacıyev nazir vəzifəsində işləyirdi.

Ardını oxu...
031.jpg

Nəriman müəllimi savadlı mühəndis, təcrübəli rəhbər işçi, əsl azərbaycanlı kişisi və elə, vətənə bağlı bir mütəxəssis kimi görüb-tanımışam. Sadəliyi, səmimiliyi və bir də diqqətçiliyi ilə həmyaşıdları və həmkarları arasında seçilirdi

Cahangir Qocayev

Hər bir fikrini, ideyasını əsaslandırardı

 

Yusif Nağıyev

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Layihə İnstitutunun direktoru, texniki elmlər namizədi

 

“Ali məktəbi bitirdikdən sonra bir müddət komsomol və partiya işində məsul vəzifələrdə çalışdığım illərdə yaxından tanış olduğum adamlardan biri də Nəriman İsayevdir. Sonralar Rusiyaya getdim, aspiranturanı bitirib alimlik dərəcəsi alıb, yenidən Bakıya qayıtdım və Dövlət Tikinti və Arxitektura Komitəsinin Layihə İnstitutuna başçılıq etdim. Artıq çoxdan bəri tanıdığım Nəriman Ağaxan oğlu İsayev tikinti-quraşdırma işləri üzrə nazir idi və biz bir-birimizi lap yaxından tanıyırdıq.

İstehsalatla əlaqədar bütün məsələlərdə onunla sıx əlaqəmiz vardı və biz tez-tez görüşərdik. Komitəmizin bütün tədbirlərində də, müşavirə və toplantılarda da görüşər, hal-əhval tutar, məsləhətləşərdik. Çox söhbətcil adam idi rəhmətlik. Söhbətində çox dəqiq və səlisliyə ciddi fikir verərdi. Hər bir fikrini, ideyasını və təklif, rəyini əsaslı surətdə ortaya qoyardı. Ən çox atalar sözünə, hikmətli kəlamlara üstünlük verərdi rəhmətlik Nəriman Ağaxan oğlu.

Mən hesab edirəm ki, ölkəmizin tikinti kompleksində Məmmədəli Abbasov, Dadaş Asanov, Şair Həsənov, Saleh Hacıyev kimi korifeylərlə yanaşı, Nəriman müəllimin adı, soyadı yanaşı dayanır. O, ustadlarımız sırasında dayanan böyük bir şəxsiyyətdir.

Nəriman İsayev alimlər arasında, elmi ictimaiyyət içərisində xüsusi çəkisi, hörməti, sanbalı olan bir şəxsiyyət kimi tanınırdı. Tikinti bölməsində, inşaat kompleksində adlı-sanlı alimlər kimi tanınan Sərdar Sərdarov, Abuzər Əliyev, Yusif Qasımov, Telman Əliyev, Sirəd Əfəndiyev, Qəni Məmmədov və bir çox başqaları ilə dostluq-yoldaşlıq, həmkarlıq edirdi Nəriman müəllim. O, sözün əsl mənasında dəyərli alim idi. O, kompleks biliyə malik əsl ziyalı idi.

Bu gün yeri behişt olmuş Nəriman müəllim bizim sıralarımızda yoxdur, o, əbədiyyətə qovuşmuşdur. Amma onun ziyalılığı, mədəni-əxlaqi-etik səviyyəsi yaddaşlarımızdan silinməmişdir. Məhz elə buna görədir ki, qədirbilən xalqımız, camaatımız, Nərimansevərlərin hamısı onu hər zaman ehtiramla

yada salır, xatırlayır, onun əziz, parlaq və işıqlı xatirəsini heç zaman unutmayacaqlar. Allah Nəriman müəllimə qəni-qəni rəhmət eləsin. Qoy onun ruhu həmişə şad olsun.

Söhbətimin sonunda bir məsələni də mütləq qeyd etməyi lazım bilirəm: Nəriman İsayev milli adət və ənənələrimizin də, ana dilimizin də, azərbaycanşünaslığın təəssübkeşi, hamisi kimi də onu tanıyanlar arasında hörmət və ehtiram qazanmışdır. Azərbaycanın tikinti kompleksində isə onun xüsusi çəkisi vardır. Bu kompleksdə öz xasiyyətinə, xarakterinə və əməlinə, səmimiyyətinə və sədaqətinə görə çoxlu sadiq insanlar, sözübütöv kişilər, pərəstişkarlar və həmfikirlilər vardır. Nəriman İsayevin adı, soyadı belə şəxsiyyətlər arasında hörmətlə çəkilir. Xüsusən yaşlı nəsil və Nəriman müəllimin yetirmələri rəhmətliyin xeyirxah insan, sədaqətli dost, işgüzar dövlət adamı kimi se-vir, xatırlayır və unutmurlar”.