• slide1
     
  • slide1
     


  •  






 

 

 

Tikinti ilə məşğul olan baş idarə və nazirliklərlə ümumi razılığa gələ bilsək də, tikinti işlərini sürətlə aparmaqdan ötrü xeyli sement, daş, taxta materialları və s. lazım idi. Onda Nəriman İsayev respublika tikinti materialları sənayesi naziri idi. Biz ona müraciət etdik.

Ardını oxu...
034.jpg

O, heç zaman istər yerli və ya yersiz mübahisələrə yol verməzdi. Bir qayda olaraq ünsiyyət saxladığı, əlaqədə olduğu vəzifəli şəxslərə başa salardı ki, hər şeyi qanunu yolla, dövlətçiliyimizi pozmadan əməl edək.

Bəşarət Paşayev

Mənim həyat müəllimim hər zaman qəlbimdədir

 

Kamil Xudiyev

keçmiş kənd tikinti nazirinin müavini, respublikanın əməkdar mühəndisi, AAŞ Ali Məclisinin üzvü

 

Kamil Cəlil oğlu Xudiyev 23 avqust 1933-cü ildə Xankəndində (keçmiş Stepanakertdə) anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirən gündən həyatını ölkənin tikin-ti kompleksinə bağlamış, adi briqadirlikdən nazir müavini vəzifəsinədək yüksəlmişdir. Dəfələrlə şəhər və rayon sovetlərinə deputat seçilmiş, fəxri ada layiq görülmüş, dövlət mükafatları almış-dır. 2008-ci ildən Azərbaycan Ağsaqqallar Şurası Ali Məclisin üzvüdür. Təqaüdçü olsa da, Bakının Nərimanov rayon Ağsaqqallar Şurası sədrinin müavini kimi faydalı işlə məşğuldur.

“Ulularımız buyurmuşlar ki, əmək insan ömrünün zinətidir. İnsan övladı yalnız bu əmək sayəsində yüksələ bilir. Bu yüksəkliyə çatmadan Allahın köməkliyi, valideynlərin qayğısı və müəllimin himayəsi ilə hər bir şəxs arzu-istəyinə çatır. Onun müəllimi isə iki qrupa bölünür. Birinci qrupa daxil olan müəllimləri savad, bilik, təhsil, tərbiyə, təlim öyrədən müəllim kimi tanıyı-rıq. İkinci qrup müəllimlərinə isə həyat müəllimi adını vermişlər. Bu qrupa daxil olan müəllim öz yetirmələrinə həyatı necə başa düşmək, peşənin sirlərinə necə sahib çıxmaq, ən əsası isə elə-obaya, ana vətənə necə xidmət etmək yollarını öyrədirlər.

Mən Allahımdan çox-çox razıyam ki, valideynlərim də, müəllimlərim də mənim ürəyimcə olub. İstər təhsildə, istərsə də istehsalatdakı müəllimlərim mənə elə müəllimlik etmişlər ki, uğur mən-dən kənarda qalmayıb, həyatda arabir büdrəmələrim baş versə də, yıxılmamışam, məğlub ol-mamışam. Xüsusilə, Azərbaycan tikinti kompleksində...

Azərbaycan tikinti kompleksində Nəriman İsayev, Məmmədəli Abbasov, Qurban Soltanov, Sadıq Rəhimov, Sərdar Sərdarov, Tahir Abdullayev, Dadaş Asanov, Ənvər Əliyev, Tofiq Səfərəliyev, İmamverdi Rzayev, Cavanşir Hüseynov, Yaqub İsmailov, Əliş Ləmbəranski, Zülfi Hacıyev, Şair Həsənov, Saday Quliyev, Sahib Rəhimov, Rəhim Hüseynov, Xudaverdi Hənifəyev, Sadıq Dadaşov, Əhməd Əhmədzadə kimi ustad-korifeylərlə məsul və rəhbər

vəzifələrdə işləmi-şəm. Bu siyahıda mənim yaxından tanıdığım, əsl həyat müəllimi hesab etdiyim Nəriman Ağa oğ-lu İsayevin ünvanı ön sıradadır.

Əvvəlcədən deyim ki, Nəriman İsayev mənim həyat müəllimim olmuşdur. Mən özüm bu gün el ağsaqqalı, təqaüdçü olduğum vaxtda, Nəriman müəllimi öz ustadım hesab edirəm. O, ali məktəb partası arxasında bizə öyrədilməyən çox şeyləri mənə və mənim həmkarlarıma, həmyaşıdlarıma öyrətmiş, bizi başa salmış, öz yetirmələri ilə daima qürrələnmişdir. Biz də öz növbəmizdə həmişəki kimi bu gün də öz ustadımızın adı və soyadı ilə fəxr edirik”.