
Təmənnasızlıq, alnıaçıqlıq simvolu
Nəriman müəllimi savadlı mühəndis, təcrübəli rəhbər işçi, əsl azərbaycanlı kişisi və elə, vətənə bağlı bir mütəxəssis kimi görüb-tanımışam. Sadəliyi, səmimiliyi və bir də diqqətçiliyi ilə həmyaşıdları və həmkarları arasında seçilirdi
Cahangir Qocayev
İnsanlara qayğı göstərən rəhbər işçi
Mən Nəriman İsayevi sanballı, həmişə əməyə bağlı rəhbər işçi kimi görüb tanımışam. Xoşagəl-məyən, arzuedilməyən sifətlər Nəriman müəllimin xarakterinə uyğun deyildir. Həmişə faktlara əsasən öz fikrini əsaslandırardı.
Nəcəf Hacıyev
Səmimi dost, mehriban yoldaş
Azərbaycan tikinti kompleksinin iş ustadlarından söz düşəndə öncə Nəriman İsayevi yadıma salıram. Həqiqətən Nəriman Ağaxan oğlu ölkə tikinti kompleksində çox faydalı işlər görmüşdür.
Saleh Hacıyev
Nəriman müəllim hamımıza örnək idi
Baş idarəmizin rəisi isə Nəriman İsayev idi. O, çox obyektiv, işgüzar, vətənpərvər insan idi. Eyni zamanda, çox zəhmli, lakin çox isti qəlbə malik adam idi.
Telman Kazımov
Öz elinin ləyaqətli oğlu
Mən əvvəlcədən deyim ki, Nəriman İsayev kimi kamil bir şəxsiyyətin nazir işlədiyi vaxtlarda şifer kombinatında rəhbər vəzifədə işlədiyimə görə çox məmnunam. Çünki Nəriman İsayevdən çox şey öyrənmişəm.
Telman Səfərov
Mənim həyat müəllimim mənə zəmanət vermişdi...
İnsana, tabeçiliyində işləyənlərə, xüsusilə gənclərə necə qayğı və diqqət yetirməyi Nəriman müəllim bizə öyrətdi, özünün əməli işi ilə başa saldı. O, bir mənim yox, bizim sistemdə çalışanların hamısının həyat müəllimi idi.
Şamil Musayev
Mənəvi varlığı, paklığı ilə tanınan insan
Nəriman müəllim aramızda olmasa da, daim onun yeri görünür. Axı yaxşı olanlar heç vaxt unudulmur, sonrakı həyat cığırlarında qarşımıza çıxanların hamısını biz onlarla müqayisə edir, yaxşıları ehtiramla yad edirik.
Telman Orucov
O, təmkini və səbri ilə seçilərdi
Mən Nəriman İsayevi çox təvazökar bir insan kimi tanımışam. O, öz işini həmişə düzgün qiymətləndirər, gördüyü işin şişirdilməsinə imkan verməzdi. Eyni zamanda, başqalarının işinə xor baxmazdı.
Sahib Rəhimov
Səmimiliyi, paklığı ilə seçilirdi Nəriman müəllim...
Heyf ki, biz çox da uzun müddət bir yerdə işləyə bilmədik. Cəmi iki il bir yerdə işlədik. Bu iki ildə Nəriman müəllimi elə tanıdım ki...
İbrahim Abdullayev
Sadəlik, mərifət və ziyalılığın xəfif vəhdəti
Nəriman müəllim ideyalı, əqidəcə saf, ürəyi təmiz bir insan idi. Mən onun xətrini dünyalar qədər istəyirdim.
Qaraş Əfəndiyev
O, dostluqda sədaqətli adam idi...
Mən hələ orta məktəbdə oxuyandan Nəriman İsayevlə tanış idim. Ali təhsili birgə başa vurduq. Harada və nə vəzifədə işlədimsə, həmişə Nəriman müəllimlə əlaqə saxlardım.
Sabir Ağayev
Hər zaman onunla məsləhətləşirdik
Mən Nəriman İsayevi hələ tələbəlik illərindən tanıyıram. O, çox savadlı, hərtərəfli yetişmiş bir kadr idi. Onda olan səbir, təmkinlik və bir də adamlarla ünsiyyət tapmaq bacarığı olduqca yüksək idi.
Cəlal Mənsimov
Ləyaqətli kadrların yetişdirilməsində əvəzsiz xidməti vardır…
Əməksevərlik və çeviklik, mərdlik və yorulmazlıq kimi yüksək əxlaqi keyfiyyətlərdən söz düşəndə, mən bu gün də ilk öndə Nəriman İsayevin adını çəkirəm.
Qurban Soltanov
Nəriman müəllim belə şəxsiyyət kimi yaddaşımda həkk olmuşdur...
Nəriman İsayevin dediyi qayda ilə daş karxanasına pul köçürdük, məktub yazdıq, daha kimsə Bakıya daş üçün gəlib-getmədi. Bax, Nəriman müəllim belə şəxsiyyət kimi yaddaşımda həkk olmuşdur.
Şamama Həsənova
Həmişə quran, abadlaşdıran olmuşdu...
Nəriman müəllim harada və nə vəzifədə işləyibsə, həmişə tikmək, qurmaq və abadlaşdırmağa ciddi fikir vermişdir.
Əlipaşa Axundov
Dəyanətli və ləyaqətli insan
Nəriman İsayev çox dəyanətli və ləyaqətli adamdır. Mən onunla tanışlığımdan çox razı qaldım.
Məhəmməd Ağamirzəyev
Gözəl insan, dəyərli şəxsiyyət
O, heç zaman istər yerli və ya yersiz mübahisələrə yol verməzdi. Bir qayda olaraq ünsiyyət saxladığı, əlaqədə olduğu vəzifəli şəxslərə başa salardı ki, hər şeyi qanunu yolla, dövlətçiliyimizi pozmadan əməl edək.
Bəşarət Paşayev
Mənim həyat müəllimim hər zaman qəlbimdədir
Əvvəlcədən deyim ki, Nəriman İsayev mənim həyat müəllimim olmuşdur. Mən özüm bu gün el ağsaqqalı, təqaüdçü olduğum vaxtda, Nəriman müəllimi öz ustadım hesab edirəm.
Kamil Xudiyev
Qabiliyyətli və əməksevər insan
Nəriman İsayev kadr seçməkdə səhvə yol verməzdi. Mən həmişə Nəriman müəllimi ağıllı, sadə, mehriban insan kimi tanımış, onu yüksək səviyyəli, səriştəli, fəaliyyətli rəhbər işçi kimi tanımışam.
Ənvər Əliyev
O, intizamı sevən, obyektiv rəhbər işçi idi
Nəriman İsayev elə bir dövlət işçisi idi ki, o, həmişə və hər yerdə dövlət tapşırıqlarının, qəbul olunmuş qərar və sərəncamların yerinə yetirilməsinə ciddi fikir verərdi. O, intizamı sevən, obyektiv rəhbər işçi idi.
Kamil Məmmədov
Qəlbimizdə, ürəyimizdə yaşayan insan
Mən onu müxtəlif rəhbər vəzifələrdə çalışdığı illərdə görmüşəm. Tələbkarlığı ilə yanaşı, xeyirxahlığı da vardı. Heç zaman ədalətsizliyə yol verməzdi, haqq, ədalət, insaf və mürüvvət qanı Nəriman İsayevin canına hopmuşdu...
Şair Həsənov
Sözübütöv kişi
Nəriman İsayevi lap yaxından tanıyan bir adam kimi deməliyəm ki, o hərtərəfli yetişmiş, böyük bir şəxsiyyət idi. Onun şəxsiyyət olması dürüst olmasında, sözübütövlüyündə və bir də səmimiyyətliyində büruzə verirdi.
Dadaş Asanov
İtməyən izlər...
İnsandan həyatda yadigar olaraq xoş xatirələr, xeyirxah əməllər və bir də əl izləri qalır. Belə insanlardan biri də Nəriman Ağaxan oğlu İsayevdir...
Bəhram Məhəmməd oğlu İbrahimov
Həyat bir bağçadır, biz onun barı...
Mən hesab edirəm ki, həmkarım, dostum olan Nəriman Ağaxan oğlu İsayev həyatın enişli-yoxuşlu yollarında çox şey görmüş, çox sınaqdan çıxmış, məhrumiyyətin acısını dadsa da, sevindiyi günlər daha çox olmuşdur.
Ağasəf Əliyev
Daxilən güclü inama malik idi
Nəriman müəllim çoxlarının edə bilmədiyini edə bilirdi. Məsələn, o, özünə kənardan baxmağı bacarırdı. Kənardan özünə baxanda yaxşı cəhətləri saxlardı, pis cəhətləri görə bilən kimi dərhal onu kənara atmağı bacarırdı.
Vahid Hacıyev
"Çörəyiniz daşdan çıxır"
Böyük rus xalqının görkəmli ədibi L.Tolstoy yazmışdır: "Yaxşı iş hər şeyi məğlub edir və özü heç vaxt məğlub olmur". Sanki bu sözlər Nəriman müəllimə aiddir. Nəriman müəllim heç zaman məğlub olmamışdır.
Atakişi Quliyev
Hər bir fikrini, ideyasını əsaslandırardı
Nəriman İsayev milli adət və ənənələrimizin də, ana dilimizin də, azərbaycanşünaslığın təəssübkeşi, hamisi kimi də onu tanıyanlar arasında hörmət və ehtiram qazanmışdır.
Yusif Nağıyev
Vətən oğlu
Nəriman İsayev elin, obanın, bütövlükdə Azərbaycanın böyük oğlu idi. O, mənalı keçirdiyi ömür yolunda yorulmazlığı, məhsuldar fəaliyyəti, nəfsini cilovlamaq bacarığı, sözübütövlüyü ilə özünü tanıtmış və sevdirmişdir.
Bəhram İbrahimov
Pak adamın yeri - behiştdir
Mən işdə, istehsalatda Nəriman İsayevi güclü bir mütəxəssis, məsul rəhbər və yüksək mənəvi keyfiyyətlərə malik dəqiq insan, səmimi dost və həmkar kimi görüb tanımışam. Həmişə onu inamlı, pak niyyətli, hər an ünvanını və nüfuzunu gözləyən əsl kişi kimi görmüşəm.
Saday Quliyev
Çox diqqətli şəxsiyyət
Nəriman müəllim həm də sədaqətli dost, səmimi yoldaş, mehriban insan idi. O, çox diqqətcil şəxsiyyət idi.
Hüseyn Qasımov