• slide1
     
  • slide1
     


  •  






Mən Nəriman İsayevlə əlaqədar ürəkaçan faktlardan çox danışa bilərəm. Axı Nəriman İsayev sözün əsl mənasında müəllim, ustad, xeyirxah insan idi. Mən həyatda, istehsalatda Nəriman müəllimdən dərs almışam. Məhz ondan çox şeylər öyrənmişəm.

Ardını oxu...
011.jpg

Baş idarəmizin rəisi isə Nəriman İsayev idi. O, çox obyektiv, işgüzar, vətənpərvər insan idi. Eyni zamanda, çox zəhmli, lakin çox isti qəlbə malik adam idi.

Telman Kazımov

Dəyanətli və ləyaqətli insan

 

Məhəmməd Ağamirzəyev

keçmiş Vorovski adına zavodun iqtisadi məsələlər üzrə direktor müavini

 

“Əslim Ağdamın Qiyaslı kəndindədir. Atam Davud öz dövrünün ən savadlı, sayılıb-seçilən dindarlarından biri olub. Yeniyetməçilik və gənclik dövrümü yaxşı xatırlayıram. Kolxoz quruluşunun ilk illəri, Şura hökumətinin möhkəmləndirilməsi uğrunda atılan addımlar, sosializmin bərqərar olması və qəti qələbəsi, Böyük Vətən müharibəsinin ağrılı, acılı günləri göz qabağında canlanır. Bax, o illərdə həmkəndlimiz Azərbaycan KP MK-da məsul işdə çalışırdı. Elə buna görə də 50-ci illərin ortasında Səfi müəllimgilə gəldim və onun məsləhəti ilə ali məktəbə daxil oldum. Ali məktəbi qurtarıb Ağdama getdim. Ağdamda iqtisadçı, az sonra isə bankın müdiri işlədim.

Həmin illərdə rayonumuzda sayılıb-seçilən böyük nüfuz sahibi olan adamlardan biri də ziyalı bir insan Abdulla kişi idi. Bu gün barəsində danışmaq istədiyim Nəriman İsayev, 60-cı illərdə Abdulla müəllimin qızı ilə ailə həyatı qurdu. Abdulla müəllim çox ləyaqətli, qonaqpərvər, işgüzar və sözübütöv kişi idi. Xeyir və şər işlərdə öndə durardı, ağıllı məsləhəti ilə diqqətimi özünə cəlb etmişdi. İş elə gətirdi ki, mən ötən əsrin 70-ci illərində Bakıya gəldim. Səfi müəllimin vasitəsilə Nəriman müəllimlə tanış oldum. Səfi müəllim onda ali məktəbdə dərs deyirdi. O, deyirdi ki, Nəriman İsayev çox dəyanətli və ləyaqətli adamdır. Mən onunla tanışlığımdan çox razı qaldım. Sonralar Sənaye Tikinti Nazirliyində məsul işdə və Vorovski adına zavodda direktor müavini işlədiyim dövrlərdə Nəriman İsayevlə sıx əlaqədə oldum. Onunla birgə işləyib, necə deyərlər, dağı-dağ üstə qoymaq olar”.