• slide1
     
  • slide1
     


  •  






1953-1954-cü illərdə "Qipromorneft" institutunda işlədiyi vaxtda tikinti təşkilatları ilə sıx əlaqə saxlayardı və bizim sahə qəzetimizə tez-tez baş çəkərdi. Elə bu səbəbə görə biz Nəriman İsayevi uzun illər redaksiya heyətinin üzvü seçmişdik.

Ardını oxu...
008.jpg

Nəriman İsayevin dediyi qayda ilə daş karxanasına pul köçürdük, məktub yazdıq, daha kimsə Bakıya daş üçün gəlib-getmədi. Bax, Nəriman müəllim belə şəxsiyyət kimi yaddaşımda həkk olmuşdur.

Şamama Həsənova

O, dostluqda sədaqətli adam idi...

 

Sabir Ağayev

keçmiş kənd tikinti nazirinin müavini

 

“Mən hələ orta məktəbdə oxuyandan Nəriman İsayevlə tanış idim. Ali təhsili birgə başa vurduq. Harada və nə vəzifədə işlədimsə, həmişə Nəriman müəllimlə əlaqə saxlardım. Tikintidə idarə rəisi, trest müdiri, sonralar nazir müavini işlədiyim illərdə tez-tez görüşürdük. O, dostluqda sədaqətli adam idi. Mən onun ölümünə heç inanmırdım. Nəriman İsayev yaxşı adam idi. O, Azərbaycan üçün çox və misilsiz işlər görmüşdür. Allah ona rəhmət eləsin, yeri behişt olsun”.