• slide1
     
  • slide1
     


  •  






 

 

 

Tikinti ilə məşğul olan baş idarə və nazirliklərlə ümumi razılığa gələ bilsək də, tikinti işlərini sürətlə aparmaqdan ötrü xeyli sement, daş, taxta materialları və s. lazım idi. Onda Nəriman İsayev respublika tikinti materialları sənayesi naziri idi. Biz ona müraciət etdik.

Ardını oxu...
007.jpg

Nəriman müəllim ideyalı, əqidəcə saf, ürəyi təmiz bir insan idi. Mən onun xətrini dünyalar qədər istəyirdim.

Qaraş Əfəndiyev

Sözübütöv kişi

 

Dadaş Asanov

baş nazirin sabiq müavini, prezident təqaüdçüsü

 

Dadaş Mirzə oğlu Asanov 1930-cu ildə Culfada qulluqçu ailəsində anadan olmuşdur. Orta məktəbi Bakıda, ali təhsili Moskvada almış inşaatçı-mühəndisdir. Ölkə tikinti kompleksində adi fəhləlikdən nazir vəzifəsinədək yüksəlmiş, baş nazirin müavini, Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifələrində işləmişdir. 2010-cu ildən prezident təqaüdçüsüdür.

“Söhbətimə kəlbəcərli müəllim Şamil Əsgərovun bir şeiri ilə başlamaq istəyirəm. Şair qəlbli qocaman müəllim yazmışdır:

 

Oğul ona deyərəm ki,

Onu onda öyərəm ki,

Vəzifəsin itirsə də,

Hörmətini itirməsin.

 

Bu gün barəsində danışmaq istədiyim Nəriman İsayev nəinki vəzifədən çıxıb, neçə vaxtdır ki, əbədi dünyasına köçmüşdür. Amma Nəriman müəllim hamımızın qəlbində hörməti olan bir şəxsiyyət kimi qalmışdır.

Gəlin açıq danışaq. Ölkəmizdə Nərimansevərlərin sayı çoxdur. Niyə? Ona görə ki, Nəriman İsayev zaman-zaman öz xalqına, Azərbaycan dövlətinə ləyaqətlə xidmət göstərmiş, sözübütöv və işgüzarlığı ilə həmkarları, həmyaşıdları arasında seçilmişdir. Mən uzun müddət tikinti kompleksində məsul və rəhbər vəzifələrdə işləmişəm. Elə həmin illərdən də Nəriman İsayevi lap yaxından tanıyıram. Sonralar baş nazirin müavini işlədiyim dövrlərdə onunla tez-tez görüşlərimiz olurdu.

Nəriman İsayevi lap yaxından tanıyan bir adam kimi deməliyəm ki, rəhmətlik hərtərəfli yetişmiş, böyük bir şəxsiyyət idi. Onun şəxsiyyət olması dürüst olmasında, sözübütövlüyündə və bir də səmimiyyətliyində büruzə verirdi. Ölkə üçün, xalq üçün nə lazımdırsa etməyə hazır idi Nəriman müəllim!

Nəriman İsayevi tanıyan gündən başa düşmüşəm ki, onun qəlbində heç kəsə qarşı zərrə qədər də olsa kin, küdurət, qəzəb, paxıllıq hissi yoxdur. O, yalan danışmağı, boş vədlər verməyi də qətiyyən sevməzdi. Tabeçiliyində çalışanlara da imkan verməzdi ki, yalan danışıb, boş vədlər versinlər. Nəriman İsayevi həmkarlarından və həmyaşıdlarından fərqləndirən bir çox cəhətlər var idi. Məsələn, Nəriman müəllim doğma Azərbaycanı qarış-qarış gəzən, hər kəsi öz dili ilə danışdıran, uşaqla uşaq, böyüklə böyük kimi davranan, hərtərəfli etikaya, biliyə, ədəb-ərkana malik bir şəxsiyyət kimi tanınmışdır. O, hamı ilə dil tapmağı bacaran, öz qəlbində yanğı gəzdirən və bu yanğı ilə Vətənə, dövlətə, xalqa xeyir verməyi çalışan əsl azərbaycanlı idi. Allah ona rəhmət eləsin".