• slide1
     
  • slide1
     


  •  






Nəriman müəllim harada və nə vəzifədə işləmişdirsə, bir qayda olaraq keyfiyyətli işi, sağlam düşüncəsi, obyektiv hərəkəti və davranışı ilə çoxlarına nümunə olmuşdur. Bir sözlə desək, Nəriman İsayev əsl azərbaycanlı kişisi, Vətən oğludur.

Ardını oxu...
011.jpg

Nəriman müəllim harada və nə vəzifədə işləyibsə, həmişə tikmək, qurmaq və abadlaşdırmağa ciddi fikir vermişdir.

Əlipaşa Axundov

Pak adamın yeri - behiştdir

 

Saday Quliyev

"Azərsutikinti" Səhmdar Cəmiyyəti sədrinin sabiq birinci müavini, respublikanın əməkdar inşaatçısı

 

Saday Əsəd oğlu Quliyev 26 okyabr 1934-cü ildə indiki Beyləqan rayonunda anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş və yarım əsrdən çox müddətdə ölkənin tikinti kompleksində briqadirlikdən nazir müavini, şirkətin vitse-prezidenti, səhmdar cəmiyyətin sədrinin birinci müavini vəzifələrində işləmişdir.

“Nəriman Ağaxan oğlu İsayevi ötən əsrin 60-cı illərindən tanıyırdım. Ancaq onunla sıx əlaqədə olmağım, birgə iş görməyimiz mən tikinti trestinin müdiri işlədiyim 1970-1985-ci illərdə daha çox olmuşdur. Demək olar ki, həmin 15 il ərzində çox vacib obyektlərdə, o cümlədən Baş Mil Kanalının çəkilişində, Bərdədəki inzibati binalarda və xəstəxana kompleksində, Ağdam taxıl kombinatında, bir sıra məktəb və ATS binalarının tikintisində yaxından əməkdaşlıq etmişik.

Mən işdə, istehsalatda Nəriman İsayevi güclü bir mütəxəssis, məsul rəhbər və yüksək mənəvi keyfiyyətlərə malik dəqiq insan, səmimi dost və həmkar kimi görüb tanımışam. Həmişə onu inamlı, pak niyyətli, hər an ünvanını və nüfuzunu gözləyən əsl kişi kimi görmüşəm.

Yadımdadır, Ağdamdakı obyektlərimizə daha çox və tez-tez gələrdi. Mənə deyərdi: Ay Saday, sənin bu inşaatçıların sözün əsl mənasında yaxşı işləyir, qüsursuz iş görür, quraşdırıcılarımıza normal işləmək üçün kifayət qədər meydan açırlar. Mən də öz quraşdırıcılarımıza tapşırmışam canı-dildən, sürətlə, keyfiyyətlə işləsinlər, obyekti vaxtından əvvəl istifadəyə verə bilək ki, baş podratçı mükafat pulu ala bilsin.

Əlbəttə, Nəriman müəllim dediyi kimi olurdu və biz məhz quraşdırıcıların fəal işindən bəhrələnə bilir və mükafat pulu alırdıq.

Nəriman İsayev sadə, zəhmətsevər insan idi. Həmişə inşaat meydançalarında çalışan adamların qayğısına qalardı. O, yalan danışanları sevməzdi. Mən hesab edirəm ki, Nəriman İsayevlə uzun illər çiyin-çiyinə işləmiş adamlara heç bir zaval yoxdur. Çünki onlar Nəriman İsayevdən düzlüyü, səmimiliyi, qabiliyyətlə işləmək bacarığını öyrənmişlər. Allah Nəriman qardaşımıza rəhmət eləsin, yeri behişt olsun. Amin, amin! Ulu Tanrımız bilir ki, Nəriman İsayev işıqlı dünyamızda pak, mübarək və özündə daim məsuliyyət hiss edən bir şəxs kimi yaşamış, saf, təmiz adamlar arasında işləyərək paklıq nümunəsi olmuşdur. Pak adamların yeri axirətdə behiştlikdir. Nəriman həmin behiştliyi işıqlı dünyada öz əməli, öz əqidəsi ilə qazanıb. Şükürlər olsun bizi yox yerdən Yaradana ki, Nərimanın davamçıları, Nəriman əqidəli övladları və həmkarları var”.