• slide1
     
  • slide1
     


  •  






nsana, bəşər övladına diqqət yetirmək, insanlara qarşı diqqətcil olmaq Nəri-man müəllimi qanında, canında vardı. Atalar doğru deyiblər ki, quyuya su tökməklə sulu olmaz. İn-sanda mərifət, qanacaq, əxlaqi keyfiyyətlər lap uşaqlıq dövründən, ailədən gəlir. Lap Nəriman müəllimdəki kimi...”

Ardını oxu...
021.jpg

Baş idarəmizin rəisi isə Nəriman İsayev idi. O, çox obyektiv, işgüzar, vətənpərvər insan idi. Eyni zamanda, çox zəhmli, lakin çox isti qəlbə malik adam idi.

Telman Kazımov

Hər zaman onunla məsləhətləşirdik

 

Cəlal Mənsimov

keçmiş Kənd Tikinti Nazirliyinin Sabirabaddakı 4 saylı tikinti trestinin müdiri, əməkdar inşaatçı, Ali Sovetin deputatı

 

“Mən Nəriman İsayevi hələ tələbəlik illərindən tanıyıram. O, çox savadlı, hərtərəfli yetişmiş bir kadr idi. Onda olan səbir, təmkinlik və bir də adamlarla ünsiyyət tapmaq bacarığı olduqca yüksək idi. Düzünü deyim ki, bu gün Nəriman İsayev haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir.

Başçılıq etdiyim trest 18 rayonda çox mühüm işlər görürdü. Biz – mülki tikinti işləri aparan inşaatçılar, quraşdırıcılarla əlbir işləməsək, işimiz çox çətin olar. Xoşbəxtlikdən bir müddət, xüsusilə ötən əsrin 70-ci illərində Azərbaycanda quraşdırma işlərinə yaxından tanıdığım, dostum Nəri-man İsayev başçılıq edirdi. Yadımdadır, Sabirabadda mineral gübrə anbarı, Kürdəmirdə taxıl məhsulları kombinatı, Ağsuda 402 yerlik məktəb binası, Neftçala, İmişli rayonlarında xəstəxana kompleksi, Əli Bayramlıda beşmərtəbəli yaşayış evləri, Salyanda, Zərdabda inzibati binalar, Saatlıda süd-əmtəə fermaları tikəndə Nəriman İsayevin başçılıq etdiyi indiki "Azqur" adlandırdığımız güclü təşkilat quraşdırıcıları bizə çox fəal kömək göstərdilər və son nəticədə biz adlarını çəkdiyim obyektləri vaxtından qabaq istifadəyə verdik və hətta mükafat pulu da aldıq.

Nəriman müəllim tikinti materialları sənayesi naziri vəzifəsində işləyəndə də bizlərə çox yaxından köməklik göstərmişdir. Mən onunla həmişə sıx əlaqədə olmuşam. Həmişə iclas və müşavirələrdə, Ali Sovetin sessiyasında bir yerdə olardıq, söhbətləşib dərdləşər və məsləhətləşərdik. Allah ona rəhmət eləsin”.