• slide1
     
  • slide1
     


  •  






 

 

 

Tikinti ilə məşğul olan baş idarə və nazirliklərlə ümumi razılığa gələ bilsək də, tikinti işlərini sürətlə aparmaqdan ötrü xeyli sement, daş, taxta materialları və s. lazım idi. Onda Nəriman İsayev respublika tikinti materialları sənayesi naziri idi. Biz ona müraciət etdik.

Ardını oxu...
029.jpg

Nəriman İsayev kadr seçməkdə səhvə yol verməzdi. Mən həmişə Nəriman müəllimi ağıllı, sadə, mehriban insan kimi tanımış, onu yüksək səviyyəli, səriştəli, fəaliyyətli rəhbər işçi kimi tanımışam.

Ənvər Əliyev

Rəylər

Таков был мой старший брат Нариман…

 

 

 

Не могу не вспомнить его прекрасную игру на гобое, таре, фортепиано. Будучи музыкально одаренным, Нариман обладал абсолютным слухом, любил как азербайджанскую, так и европейскую музыку. Окончив технический вуз, он также прекрасно знал литературу и историю.

Həyat bir bağçadır, biz onun barı...

Nəriman İsayev tikintinin quraşdırma sahəsində uzun müddət işləmiş şəxslərdən biridir. Məhz onun səyi, qayğısı, səriştəsi və təcrübəsi sayəsində, metaldan, dəmirdən tələb olunan hər bir şeyi düzəltmək qabiliyyətinə malik olan quraşdırıcılar yetişdirildi.

Vətən oğlu

Nəriman müəllim harada və nə vəzifədə işləmişdirsə, bir qayda olaraq keyfiyyətli işi, sağlam düşüncəsi, obyektiv hərəkəti və davranışı ilə çoxlarına nümunə olmuşdur. Bir sözlə desək, Nəriman İsayev əsl azərbaycanlı kişisi, Vətən oğludur.

Pak adamın yeri - behiştdir

Ulu Tanrımız bilir ki, Nəriman İsayev işıqlı dünyamızda pak, mübarək və özündə daim məsuliyyət hiss edən bir şəxs kimi yaşamış, saf, təmiz adamlar arasında işləyərək paklıq nümunəsi olmuşdur.

Çox diqqətli şəxsiyyət

Kür su kəmərinin çəkilişində, Sumqayıtda tikilmiş kimya müəssisələrində, salınan yeni mikrorayonlarda tikilib istifadəyə verilmiş bütün obyektlərdə Nəriman İsayevin əməyinin izləri vardır.

Təmənnasızlıq, alnıaçıqlıq simvolu

Peyğəmbər (s) buyurmuşdur: "İnsanların ən yaxşısı – insanlar üçün daha çox xeyirli olanlarıdır". Mənə elə gəlir ki, ən dəyərli işçilər arasında məhz insanlara faydalı olan, insanlara xoşməramlı işləri ilə xidmət edənlərdən biri də Nəriman İsayev olmuşdur.

Səmimi dost, mehriban yoldaş

 

 

 

 

Nəriman İsayev öz xalqına, vətəninə, doğma Bakısına bağlı adam idi. Heç vaxt yalan danışmazdı, boş vədlər verməzdi. Boşboğazlara, hay-küy salanlara qarşı amansız idi. Hesab edirəm ki, o özü başdan-ayağa böyük bir məktəb idi.

Nəriman müəllim hamımıza örnək idi

Mən Nəriman İsayevlə əlaqədar ürəkaçan faktlardan çox danışa bilərəm. Axı Nəriman İsayev sözün əsl mənasında müəllim, ustad, xeyirxah insan idi. Mən həyatda, istehsalatda Nəriman müəllimdən dərs almışam. Məhz ondan çox şeylər öyrənmişəm.

Öz elinin ləyaqətli oğlu

Düşünürəm ki, Nəriman müəllim işıqlı dünyaya qədəm basandan etibarən düşünən, öz-özünü qiymətləndirməyi bacaran insan olmuş və heç zaman özünü digərlərindən yüksəkdə saxlamamışdır. Bunun bir səbəbi də odur ki, o, hələ uşaqlıq vaxtından sadə olmuş, sadə böyümüşdü.

Mənim həyat müəllimim mənə zəmanət vermişdi...

Nəriman müəllim bizə təkcə necə işləmək yollarını deyil, necə yaşamaq yollarını da öyrətmişdir. Məhz onun qayğısı, köməyi sayəsində mən hökumət postuna çatdım. Mən rabitə naziri vəzifəsinədək yüksələ bildim. Çünki mənim həyat müəllimim Nəriman İsayev mənə zəmanət vermişdi...

Mənəvi varlığı, paklığı ilə tanınan insan

 

 

 

 

Hər kəs yaşadığı dövrdəki yaxşı insanları heç vaxt unutmur, onları xoş xatirələrdə yaşadır. Onlar haqqında ən gözəl kitabı Yaradanın özü yazmışdır. Belə adamların qəlbinə, könlünə İlahinin qüdrəti ilə elə qiymətli sözlər nəqş olunmuşdur ki, onları pozmaq mümkün deyildir. Zamanın özü də onları silib yox etmək iqtidarında deyildir.

 

O, təmkini və səbri ilə seçilərdi

Ümumiyyətlə, Nəriman müəllim heç zaman özü haqqında yüksək fikirə düşməzdi və başqalarına da aşağı nəzərlə baxmazdı. Elə buna görə də Nəriman müəllim hamı tərəfindən təvazökar bir insan kimi sevilmişdir.

Hər zaman onunla məsləhətləşirdik

Nəriman müəllim tikinti materialları sənayesi naziri vəzifəsində işləyəndə də bizlərə çox yaxından köməklik göstərmişdir. Mən onunla həmişə sıx əlaqədə olmuşam. Həmişə iclas və müşavirələrdə, Ali Sovetin sessiyasında bir yerdə olardıq, söhbətləşib dərdləşər və məsləhətləşərdik.

Həmişə quran, abadlaşdıran olmuşdu...

1953-1954-cü illərdə "Qipromorneft" institutunda işlədiyi vaxtda tikinti təşkilatları ilə sıx əlaqə saxlayardı və bizim sahə qəzetimizə tez-tez baş çəkərdi. Elə bu səbəbə görə biz Nəriman İsayevi uzun illər redaksiya heyətinin üzvü seçmişdik.

Gözəl insan, dəyərli şəxsiyyət

nsana, bəşər övladına diqqət yetirmək, insanlara qarşı diqqətcil olmaq Nəri-man müəllimi qanında, canında vardı. Atalar doğru deyiblər ki, quyuya su tökməklə sulu olmaz. İn-sanda mərifət, qanacaq, əxlaqi keyfiyyətlər lap uşaqlıq dövründən, ailədən gəlir. Lap Nəriman müəllimdəki kimi...”

Mənim həyat müəllimim hər zaman qəlbimdədir

O, ali məktəb partası arxasında bizə öyrədilməyən çox şeyləri mənə və mənim həmkarlarıma, həmyaşıdlarıma öyrətmiş, bizi başa salmış, öz yetirmələri ilə daima qürrələnmişdir. Biz də öz növbəmizdə həmişəki kimi bu gün də öz ustadımızın adı və soyadı ilə fəxr edirik.

Qabiliyyətli və əməksevər insan

Nəriman İsayev haqqında danışmaq istəyəndə ötən əsrin 70-80-сi illərini, daha dəqiq desəm "Elou-Avt" obyektinin tikintisində onun rəhbəri olduğu Azərbayсan "Xüsusitikintiquraşdırma" Nazirliyinin gördüyü dəyərli, sanballı işlər gözlərim qarşısında сanlandı.

O, intizamı sevən, obyektiv rəhbər işçi idi

 

 

 

 

Nəriman İsayev haqqında xatirələri danışmaq istəyəndə gözlərim qarşısında ötən əsrin 70-80-ci illərində ölkəmizdə aqrar sahədə aparılan nəhəng işlər canlandı. Həmin işlərin uğurla görülüb başa çatdırılmasında Nəriman müəllimin xüsusi əməyi danılmazdır.

Qəlbimizdə, ürəyimizdə yaşayan insan

Həmin illərdə mən Nəriman İsayevlə tez-tez görüşür, onunla məsləhətləşir, ondan gözəl, ağıllı məsləhətlər alırdım. Bəli, Nəriman İsayev xeyirxah insan olduğu üçün, xeyirli məsləhətlər də verirdi. Elə bu səbəbdəndir ki, bu gün xalqımız Nəriman İsayevi unutmur.

Sözübütöv kişi

Gəlin açıq danışaq. Ölkəmizdə Nərimansevərlərin sayı çoxdur. Niyə? Ona görə ki, Nəriman İsayev zaman-zaman öz xalqına, Azərbaycan dövlətinə ləyaqətlə xidmət göstərmiş, sözübütöv və işgüzarlığı ilə həmkarları, həmyaşıdları arasında seçilmişdir.

İtməyən izlər...

Bir anlığa tarixə nəzər salsaq, dəyərli arxiv materiallarından bəhrələnsək, son nəticə belə olacaqdır: yerüstü sivilizasiyanın ilk nümayəndələrinin fitrətən malik olduqları peşə - tikmək, qurmaq, quraşdırmaq, abadlaşdırmaqla məşğul olan bugünkü inşaatçı peşəsidir.