• slide1
     
  • slide1
     


  •  






O, harada və nə vəzifədə işləyibsə, hər zaman yenilikçi olub, çoxlu mütərəqqi üsullarının Azərbaycanda yayılmasına nail olubdur. Bakının işıqlandırılması, mövcud elektrik xətlərinin təzələnməsi və əsaslı təmiri kimi mühüm işlərə ciddi fikir vermişdir.

Ardını oxu...
032.jpg

Baş idarəmizin rəisi isə Nəriman İsayev idi. O, çox obyektiv, işgüzar, vətənpərvər insan idi. Eyni zamanda, çox zəhmli, lakin çox isti qəlbə malik adam idi.

Telman Kazımov

Öz elinin ləyaqətli oğlu

 

Telman Səfərov

"Azərşifer" ASC-nin sədri

 

Telman Səfər oğlu Səfərov 1940-cı ildə Tovuz rayonunda anadan olmuşdur. Azərbaycan Neft-Kimya İnstitutunun yetirməsidir. İlk əmək fəaliyyətinə Bakı şifer kombinatında fəhlə kimi başlamışdır. Onun əmək kitabçasında yalnız bu müəssisənin adı yazılmışdır. İllər bir-birini əvəz etdikcə, Telman Səfərovun da vəzifəsi artmış və son nəticədə baş direktor vəzifəsinədək yüksəlmişdir. Hazırda həmin kombinatın bazasında yaradılmış səhmdar cəmiyyətin sədridir.

“Mən əvvəlcədən deyim ki, Nəriman İsayev kimi kamil bir şəxsiyyətin nazir işlədiyi vaxtlarda şifer kombinatında rəhbər vəzifədə işlədiyimə görə çox məmnunam. Çünki Nəriman İsayevdən çox şey öyrənmişəm. İlk növbədə təvazökar olmaq üçün Nəriman İsayevlə birgə işləmək, yoldaşlıq etmək lazımdır. Nəriman müəllim öz işinə həmişə düzgün qiymət verməyi bacaran rəhbər işçi idi. O, gördüyü işin şişirdilməsinə qətiyyən icazə və imkan verməzdi. O, eyni zamanda başqalarının işinə də xor baxmazdı. Ümumiyyətlə, Nəriman müəllim özü haqqında heç zaman yüksək fikrə düşməzdi və başqalarına da aşağı nəzərlə baxmazdı. Elə buna görə də Nəriman İsayev hamı tərəfindən təvazökar insan kimi tanınmış və sevilmişdir.

Düşünürəm ki, Nəriman müəllim işıqlı dünyaya qədəm basandan etibarən düşünən, öz-özünü qiymətləndirməyi bacaran insan olmuş və heç zaman özünü digərlərindən yüksəkdə saxlamamışdır. Bunun bir səbəbi də odur ki, o, hələ uşaqlıq vaxtından sadə olmuş, sadə böyümüşdü. Bu isə Nəriman müəllimin ailə tərbiyəsindən xəbər verir. O, ailədə elə böyüyüb, təhsil müəssisəsində elmlərə elə yiyələnib ki, həmişə sadəliyi, biliyi, bacarığı və qabiliyyəti ilə yoldaşları, həmyaşıdları, həmkarları arasında seçilib və bu səbəbdən də xalq onu sevib.

Xatırlayıram. Nəriman müəllim nazir vəzifəsində işlədiyi illərdə tez-tez bizim kombinatın fəhlə yataqxanasına gələr, yataqxana sakinləri ilə görüşər, onların dərdi-səri ilə maraqlanardı. Eyni zaman-da, ev növbəsində dayanan fəhlə və qulluqçuların tezliklə mənzillə təmin olunması üçün öz qayğı və köməyini əsirgəməzdi. Dəfələrlə Nizami rayonunun partiya, sovet orqanlarına, Bakı şəhər sovetinə yazılı və şifahi müraciətlər edər və hər il xeyli işçimiz mənzillə təmin olunardı. Kombinatımızda min nəfərə yaxın işçi çalışırdı. Onların hamısı nazirimiz Nəriman İsayevi özlərinə yaxın dost, qardaş hesab edirdilər.

Nəriman İsayevin qəflətən vəfat etməsi hamını sarsıtdı, kədərləndirdi. Axı işıqlı dünyadan böyük şəxsiyyət əbədi dünyaya köçmüşdür. Biz onu hamılıqla el adamı sayırdıq. Elin ləyaqətli oğluna Allahdan böyük rəhmət diləyib deyirik: “Yerin behişt olsun, ustad, müəllim, qayğıkeş insan!””.