• slide1
     
  • slide1
     


  •  






 

 

 

Не могу не вспомнить его прекрасную игру на гобое, таре, фортепиано. Будучи музыкально одаренным, Нариман обладал абсолютным слухом, любил как азербайджанскую, так и европейскую музыку. Окончив технический вуз, он также прекрасно знал литературу и историю.

Ardını oxu...
014.jpg

Baş idarəmizin rəisi isə Nəriman İsayev idi. O, çox obyektiv, işgüzar, vətənpərvər insan idi. Eyni zamanda, çox zəhmli, lakin çox isti qəlbə malik adam idi.

Telman Kazımov

Gözəl insan, dəyərli şəxsiyyət

 

Bəşarət Paşayev

Şəki rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, dövlət təqaüdçüsü

 

Bəşarət Mustafa oğlu Paşayev 12 mart 1958-ci ildə Şəki rayonunun Baş Latısçı kəndində ana-dan olmuşdur. O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yetirməsidir. 1985-ci ildə Bakı Ali Partiya Məktəbin əyani şöbəsini bitirmişdir. Tikinti kompleksində iş ustasından iri tikinti trestinin müdiri, rayon XDS sədrinin birinci müavini, rayon partiya komitəsinin ikinci katibi vəzifələrinə qədər yük-səlmişdir. Dəfələrlə Şəki şəhər və rayon sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

“Mən tikinti kompleksində trest müdiri işlədiyim vaxtlardan Nəriman Ağaxan oğlunu lap yaxından tanıyıram. Onda quraşdırma işləri ilə əlaqədar olaraq Nəriman müəllimin başçılıq etdiyi kol-lektivlərlə müqavilə yolu ilə müxtəlif işlərin aparılması üçün, biz quraşdırıcılarla sıx əlaqə yaradırdıq. Tikinti kompleksində keçirilən tədbirlərdə tez-tez görüşürdük. Bax, həmin vaxtlarda mən Nəriman müəllimlə sıx əlaqədar olmuşam. Sonralar mən sovxoz direktoru işlədiyim sovxozda böyük və vacib tikinti işləri aparmalı olduq. Az sonra məni rayon soveti sədrinin birinci müavini seçdilər. 1986-cı ildən raykomun ikinci katibi oldum. Bayaqdan sadaladığım illərdə, daha dəqiq desəm, Nəriman İsayev Azərbaycan SSR tikinti materialları sənayesi naziri vəzifəsini daşıdığı illərdə demək olar ki, bizim Şəkiyə xüsusi qayğı göstərmişdir. İlin əvvəlindən planlaşma aparılsa da, hər bir təşkilatın, hər bir rayonun bölgüsü əvvəlcədən məlum olsa da, ilin hər hansı bir vaxtında Nəriman İsayevə müraciət etsəydik, bizə müsbət cavab verərdi.

O, heç zaman istər yerli və ya yersiz mübahisələrə yol verməzdi, insanlar, təşkilatlar arasında mübahisə, münaqişə yaranmasına imkan verməzdi. Bir qayda olaraq ünsiyyət saxladığı, əlaqədə olduğu vəzifəli şəxslərə başa salardı ki, hər şeyi qanunu yolla, dövlətçiliyimizi pozmadan əməl edək. Məsələn, sovxozda müxtəlif tikinti işlərinin aparılması üçün lazımi sənədlərin hazırlanıb nazirliyə göndərilməsini tələb edərdi. Ən azı bu iş üçün rayon təşkilatının və ya sovxoz rəhbərliyinin müraciəti olmalı idi. Qalan məsələləri nazirlik özü, həm operativ, həm də süründürməçiliyə yol vermədən həll edərdi. Ümumiyyətlə, Nəriman Ağaxan oğlu İsayev həmişə işin düzələ bilən tərəfi ilə getməyə çalışar, sifarişçi təşkilatın sorgularını ödəməyə səy edərdi.

Mən Nəriman İsayevi həm də gözəl bir insan, kompleks halda yetişmiş dəyərli bir şəxsiyyət kimi tanıyıram.

O, dəfələrlə bizim Şəkiyə gəlmiş, dərd-sərimizlə maraqlanmış, hər hansı xahişimiz olubsa, onu ödəməyə çalışmışdı. İnsana, bəşər övladına diqqət yetirmək, insanlara qarşı diqqətcil olmaq Nəri-man müəllimi qanında, canında vardı. Atalar doğru deyiblər ki, quyuya su tökməklə sulu olmaz. İn-sanda mərifət, qanacaq, əxlaqi keyfiyyətlər lap uşaqlıq dövründən, ailədən gəlir. Lap Nəriman müəl-limdəki kimi...”.