• slide1
     
  • slide1
     


  •  






Nəriman İsayev haqqında danışmaq istəyəndə ötən əsrin 70-80-сi illərini, daha dəqiq desəm "Elou-Avt" obyektinin tikintisində onun rəhbəri olduğu Azərbayсan "Xüsusitikintiquraşdırma" Nazirliyinin gördüyü dəyərli, sanballı işlər gözlərim qarşısında сanlandı.

Ardını oxu...
029.jpg

Böyük rus xalqının görkəmli ədibi L.Tolstoy yazmışdır: "Yaxşı iş hər şeyi məğlub edir və özü heç vaxt məğlub olmur". Sanki bu sözlər Nəriman müəllimə aiddir. Nəriman müəllim heç zaman məğlub olmamışdır.

Atakişi Quliyev

İnsanlara qayğı göstərən rəhbər işçi

 

Nəcəf Hacıyev

Naxçıvan MR-nın əməkdar inşaatçısı, Azərbaycan Respublikasının Əməkdar mühəndisi, sabiq nazir

 

Nəcəf İmaməli oğlu Hacıyev 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, S.M.Kirov adına ADU-nun geologiya-coğrafiya fakültəsini bitirmişdir. Tikinti kompleksində texnik-texnoloq vəzifəsindən baş idarə rəisi – nazir vəzifəsinədək yüksəlmişdir. Dəfələrlə Ali Sovetə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

“İnsanları yaxşı tanımaq üçün bir neçə meyar var. Onlardan biri də yol yoldaşı olmaq, ezamiyyətə birlikdə getməkdir. İş elə gətirib ki, mən idarə müdiri olanda da, Muğan meliorasiya su tikinti trestinə başçılıq edəndə də, Azərbaycan SSR taxıl tədarükü nazirinin müavini işləyəndə də, Azərbaycan Baş Meliorasiya Su Tikinti İdarəsinə rəhbərlik edəndə də, Ali Sovetə deputat olduğum il-lərdə də ən çox təmasda olduğum, yol yoldaşlığı etdiyim, SSRİ adlı ölkənin müxtəlif yerlərinə xidməti səfərlərlə əlaqədar ezamiyyətə getdiyim vaxtlarda da ən çox bir yerdə olduğum rəhbər işçilərdən biri də Nəriman Ağaxan oğlu İsayevdir. Çoxsaylı iclaslar, müşavirələr, konfranslar, səfərlərimiz də olub. Mən bir dəfə də olsun görməmişəm ki, Nəriman İsayev lovğalıq etsin, hansı uğuru ilə başlayıb özünü öysün, tərifləsin. Hətta özünün tərifləməsini də sevməzdi rəhmətlik. Ümumiyyətlə, Nəriman müəllim yalan danışmağı sevməzdi və buna görə də yalançı adamlardan zəhləsi gedərdi. Həmişə çalışardı ki, qanunlara əməl olunsun, işləri rəvan getsin, hay-küyçülüyə, aldatmağa yol verilməsin, icra edilən iş keyfiyyətli olsun.

Mən Nəriman İsayevi sanballı, həmişə əməyə bağlı rəhbər işçi kimi görüb tanımışam. Xoşagəl-məyən, arzuedilməyən sifətlər Nəriman müəllimin xarakterinə uyğun deyildir. Həmişə söhbətində atalar sözündən istifadə edər, faktlara əsasən öz fikrini əsaslandırardı.

Yadımdadır, mən Sabirabadda iri tikinti trestin müdiri olduğum illərdə trestimizin iş apardığı 8 ra-yonda mühüm buraxılış obyektlərində Nəriman İsayevin rəhbərlik etdiyi quraşdırıcılar əsl qəhrəmanlıq göstərdilər və obyektləri vaxtından əvvəl təhvil verdiyimiz üçün mükafatlandırıldıq.

Həmçinin Naxçıvanda 6 saylı tikinti idarəsində çalışdığım illərdə quraşdırıcılar bizim ən yaxın köməkçimiz olmuşlar. Nazir müavini, baş idarə rəisi işlədiyim illərdə Nəriman İsayevin başçılıq etdiyi nazirliyin quraşdırıcıları Kürdəmir, Salyan, Ağdam rayonlarındakı taxıl tədarükü kombinatlarında, Sabirabad, Füzuli, Şəki, Ağdam, Bərdə və s. rayonlardakı mineral gübrə anbarlarının tikintisində baş podratçılara var qüvvəsi ilə kömək etmişlər.

Dostumuz və həmkarımız Nəriman İsayev, insanlara qayğı göstərmək, Azərbaycan vətəndaşlarının firavan yaşaması üçün var-qüvvəsini sərf etmiş dəyərli mütəxəssislərdən, unudulmayan rəhbər işçilərdən biridir. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Amin, amin!”.