• slide1
     
  • slide1
     


  •  






Nəriman İsayev tikintinin quraşdırma sahəsində uzun müddət işləmiş şəxslərdən biridir. Məhz onun səyi, qayğısı, səriştəsi və təcrübəsi sayəsində, metaldan, dəmirdən tələb olunan hər bir şeyi düzəltmək qabiliyyətinə malik olan quraşdırıcılar yetişdirildi.

Ardını oxu...
027.jpg

Böyük rus xalqının görkəmli ədibi L.Tolstoy yazmışdır: "Yaxşı iş hər şeyi məğlub edir və özü heç vaxt məğlub olmur". Sanki bu sözlər Nəriman müəllimə aiddir. Nəriman müəllim heç zaman məğlub olmamışdır.

Atakişi Quliyev

Çox diqqətli şəxsiyyət


Hüseyn Qasımov

"Sumqayıttikintiquraşdırma" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri

 

Hüseyn Muxtar oğlu Qasımov 15 yanvar 1933-cü ildə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmiş inşaatçı-mühəndisdir. Yarım əsrdən çox Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 2 saylı tikinti trestində rəhbər və məsul vəzifələrdə çalışmışdır. On ildən çoxdur ki, 2 saylı trestin bazasında yaranmış səhmdar cəmiyyətinə rəhbərlik edir.

“Mən Nəriman İsayevi ötən əsrin 70-ci illərindən tanıyıram. Onun peşəsi, sevib-seçdiyi sənət elə idi ki, mülki və sənaye tikintisində çalışanlar məhz quraşdırıcıların köməyi olmadan heç bir uğur qazana bilməzdilər. Nəriman İsayev quraşdırıcılardan ibarət olan xüsusi idarədə, baş idarədə məsul, rəhbər işdə çalışırdı. Sonralar nazir vəzifəsinə yüksəldi. Subpodrat işlərini yalnız və yalnız Nəriman İsayevin başçılıq etdiyi quraşdırıcılar yerinə yetirirdilər. Ona görə də mən onunla sıx əlaqədə olur, tez-tez görüşür, məsləhətləşirdim. Nərimanın əla yoldaşlığı, səmimi dostluğu var idi. O, əsl insan, etibarlı azərbaycanlı kişisi idi.

1974-1986-cı illərdə mən onunla daima birgə fəaliyyətdə olmuşam. Həmin müddətlərdə Sumqayıtda tikilmiş kimya müəssisələrində, salınan yeni mikrorayonlarda, tikib istifadəyə verdiyimiz bütün obyektlərdə Nəriman İsayevin əməyinin izləri vardır. Kür su kəmərinin çəkilişində də, Sumqayıtda, Nasosnıda, Z.Tağıyev qəsəbəsində tikib istismara buraxdığımız hündür mərtəbəli yaşayış evlərində də Nəriman müəllimin başçılıq etdiyi kollektiv bizə fəal köməklik göstərmişdir. Məhz quraşdırıcıların fəal köməyi, etibarlı işi sayəsində bizim trest 1975-1985-ci illərdə hər il, o vaxtlar dəbdə olan sosializm yarışında qalib gələrək, Keçici Qırmızı bayraqları və pul mükafatlarını ala bilmişdir.

Nəriman İsayev tikinti kompleksinin ən iri qolu sayılan Tikinti Materialları Sənayesi Nazirliyinə başçılıq etdiyi vaxtlarda da o, bizə yaxından kömək göstərə bilmiş, obyektlərimizin inşaat materialları ilə təmin olunmasında öz qayğısını əsirgəməmişdir.

Nəriman müəllim həm də sədaqətli dost, səmimi yoldaş, mehriban insan idi. O, çox diqqətcil şəxsiyyət idi.

Yadımdadır, 1975-ci ildə Ali Sovetin fərmanı ilə mən "Qırmızı bayraq" ordeni və 1981-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif olunanda, hər iki fərman qəzetdə dərc olunan günü məni təbrik edən ilk insan da Nəriman İsayev olmuşdur. Bu diqqətçilik heç zaman yadımdan çıxmır.

Mən Nəriman İsayevlə Moskvaya – Xalq Təsərrfatın Nailiyyətləri Sərgisinə birlikdə getdiyimiz günləri də tez-tez yada salıram. Çoxsaylı iclaslarda plenum və müşavirələrdə həmişə bir yerdə olmuşuq. Onunla dostluğumdan, həmkarlıq və yoldaşlıq etdiyimdən çox-çox razıyam. Allah ona rəhmət eləsin. Yeri behişt olsun. Sevinirəm ki, Nəriman İsayevin işini, ləyaqət və qabiliyyətini davam etdirən övladları var. Onların hamısına uğurlar, səadət və xoşbəxtlik diləyirəm”.