• slide1
     
  • slide1
     


  •  






Nəriman müəllim harada və nə vəzifədə işləmişdirsə, bir qayda olaraq keyfiyyətli işi, sağlam düşüncəsi, obyektiv hərəkəti və davranışı ilə çoxlarına nümunə olmuşdur. Bir sözlə desək, Nəriman İsayev əsl azərbaycanlı kişisi, Vətən oğludur.

Ardını oxu...
030.jpg

Mən onu müxtəlif rəhbər vəzifələrdə çalışdığı illərdə görmüşəm. Tələbkarlığı ilə yanaşı, xeyirxahlığı da vardı. Heç zaman ədalətsizliyə yol verməzdi, haqq, ədalət, insaf və mürüvvət qanı Nəriman İsayevin canına hopmuşdu...

Şair Həsənov

Nəriman müəllim belə şəxsiyyət kimi yaddaşımda həkk olmuşdur...

 

Şamama Həsənova

Füzuli rayonundakı "1 May" kolxozunun sədri, iki dəfə Sosialist Əməyi Qəhrəmanı

 

“Əsrlər boyu su üzü görməyən Harami düzünə ötən əsrin 70-80-ci illərində su çəkildi. Bununla əlaqədar olaraq bir sıra təsərrüfatlara, o cümlədən bizim kolxoza xeyli xam torpaq sahəsi verildi. Həmin sahəyə "ağ qızıl" - pambıq bitkisi əkdik. Əkin sahəsi ilə kəndimizin arasında xeyli məsafə - 15 kilometr məsafə vardı. Əkilən pambıq sahəsinə qulluq etmək üçün sahədə tarla düşərgəsi, pambıq qurudan məntəqə, çayxana-yeməkxana, müxtəlif məişət binaları, xüsusilə hamam və s. tikmək tələb olunurdu. Təzə ilin başlanmasından iki ay ötmüşdü. Təbii ki, hər bir sahədə olduğu kimi, planlaşdırma və təchizat məsələləri üç-dörd ay əvvəl dövlət səviyyəsində həll edilmişdi. Dediyim obyektləri isə iki-üç ayda tikmək lazım idi. Tikinti ilə məşğul olan baş idarə və nazirliklərlə ümumi razılığa gələ bilsək də, tikinti işlərini sürətlə aparmaqdan ötrü xeyli sement, daş, taxta materialları və s. lazım idi. Onda Nəriman İsayev respublika tikinti materialları sənayesi naziri idi. Biz ona müraciət etdik.

Yadımdadır, 1979-cu ilin martın əvvəllərində Nəriman müəllimin qəbuluna gəldim. Katibəyə özümü təqdim etdim. Nazir Nəriman İsayevlə köhnə tanışlar kimi çox səmimi görüşdük. Səmimi deyirəm ona görə ki, əvvəllər iclas və müşavirələrdə görüşmüşdük və Nəriman müəllim özü də o qədər mədəni və etik normaları gözləyən adam idi ki... O, məni səmimiyyətlə qarşılayıb, içəri dəvət edə-edə dedi: - Şamama xanım, biz, sizin vəzifənizdən çox qadınlığınıza – sadə Azərbaycan qadınına hörmətlə yanaşmalıyıq. Nə əcəb belə?

Mən vəziyyəti danışdım. O, tez-tez cib dəftərçəsinə nə isə yazır, arabir kimləri isə yanına çağırıb öz konkret tapşırığını verirdi. Stolun üstündəki qrafikə baxıb dedi: "Bəxtinizdən bu gün Füzuli rayonunun istiqamətinə - düz Naxçıvana qədər bölgələrə, axşam saat 7.00-da vaqonları bizə verəcəklər. Mənim sizdən ikicə xahişim var. Birincisi, sabah idarənizin möhür və ştampı ilə təsdiqlənmiş müraciətinizi yazılı surətdə bizə çatdırın. Bir sutkaya kimi on min kubik daşımız Horadiz stansiyasında olacaq. Daşı qəbul edəndən iki-üç gün sonra pulunu banka verin. Sizə nə lazım olsa, telefon edin. Biz pambıqçılara yaxından kömək etməyə borcluyuq".

Hər şey hörmətli, sözübütöv kişi kimi tanıdığım Nəriman müəllim dediyi kimi oldu. Bir il sonra kəndimizdə beş-altı ailə özünə ev tikdirməli oldu. Nəriman müəllimə müraciət etdim. O, dedi: - Şamama bacı, narahat olma, idarə heyətinizin qərarını göndərin, həll edək. Adamlar da buraya

gəlib-getməsinlər. Daşın pulunu idarə banka keçirsin. Siz özünüz orada kimə məsləhət bilirsiniz, verin.

Biz yenə Nəriman İsayevin dediyi qayda ilə daş karxanasına pul köçürdük, məktub yazdıq, daha kimsə Bakıya daş üçün gəlib-getmədi. Bax, Nəriman müəllim belə şəxsiyyət kimi yaddaşımda həkk olmuşdur”.