• slide1
     
  • slide1
     


  •  






Gəlin açıq danışaq. Ölkəmizdə Nərimansevərlərin sayı çoxdur. Niyə? Ona görə ki, Nəriman İsayev zaman-zaman öz xalqına, Azərbaycan dövlətinə ləyaqətlə xidmət göstərmiş, sözübütöv və işgüzarlığı ilə həmkarları, həmyaşıdları arasında seçilmişdir.

Ardını oxu...
014.jpg

Nəriman müəllim çoxlarının edə bilmədiyini edə bilirdi. Məsələn, o, özünə kənardan baxmağı bacarırdı. Kənardan özünə baxanda yaxşı cəhətləri saxlardı, pis cəhətləri görə bilən kimi dərhal onu kənara atmağı bacarırdı.

Vahid Hacıyev

O, intizamı sevən, obyektiv rəhbər işçi idi

 

Kamil Məmmədov

sabiq yeyinti sənayesi naziri

 

Kamil Seyid oğlu Məmmədov 1931-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. 1956-cı ildə Leninqrad Texnologiya İnstitutunun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ərzaq Məhsulları Sənayesi Nazirliyində, Bakı Biskvit fabrikində, Respublika Nazirlər Sovetində şöbə müdirinin müavini, Ət-süd Sənayesi Nazirliyində, Yeyinti Sənayesi Nazirliyində məsul vəzifələrdə işləmiş, yeyinti sənaye naziri olmuş, Aqrar Sənayesi Komitəsi sədrinin birinci müavini və respublika naziri, Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti vəzifələrində işləmişdir. Respublikanın əməkdar mühəndisidir. Dəfələrlə Ali Sovetə deputat seçilmişdir. Hazırda təqaüdçüdür.

“Nəriman Ağaxan oğlu İsayev haqqında xatirələri danışmaq istəyəndə gözlərim qarşısında ötən əsrin 70-80-ci illərində ölkəmizdə aqrar sahədə aparılan nəhəng işlər canlandı. Həmin işlərin uğurla görülüb başa çatdırılmasında çox məsul və rəhbər işlərdə çalışmış Nəriman müəllimin xüsusi əməyi danılmazdır.

Nəriman İsayev elə bir dövlət işçisi idi ki, o, həmişə və hər yerdə dövlət tapşırıqlarının, qəbul olunmuş qərar və sərəncamların yerinə yetirilməsinə ciddi fikir verərdi.

Nəriman müəllim intizamı sevən, obyektiv rəhbər işçi idi. O, tabeçiliyində işləyənlərin qayğısına qalmağı, tikinti kompleksində uğurla işləməyi bacaran mütəxəssis və rəhbər işçi olmuş və özünün mərifəti, ləyaqəti ilə bu gün də hamımızın qəlbində yaşayır”.