• slide1
     
  • slide1
     


  •  






Peyğəmbər (s) buyurmuşdur: "İnsanların ən yaxşısı – insanlar üçün daha çox xeyirli olanlarıdır". Mənə elə gəlir ki, ən dəyərli işçilər arasında məhz insanlara faydalı olan, insanlara xoşməramlı işləri ilə xidmət edənlərdən biri də Nəriman İsayev olmuşdur.

Ardını oxu...
031.jpg

Mən hələ orta məktəbdə oxuyandan Nəriman İsayevlə tanış idim. Ali təhsili birgə başa vurduq. Harada və nə vəzifədə işlədimsə, həmişə Nəriman müəllimlə əlaqə saxlardım.

Sabir Ağayev

Bədii yaradıcılığından seçmələr

 

Nəriman İsayevi tanıyanlar bilirlər ki, o, çox mütaliə edər, bədii əsərlər oxuyardı. Təsadüfi deyildir ki, Nəriman müəllimin diqqəti cəlb edən xüsusi ev kitabçası vardır. O, ara-sıra şeirlər yazsa da, mətbuatda dərc etdirmirdi. Bu kitab işıq üzü görməsi ərəfəsində onun arxivinə nəzər salanda bir neçə şeirinə rast gəldik. Üstəlik, oğlu Azərin də hələ orta məktəbdə atasına ithaf etdiyi şeiri də tapdıq. Həmin şeirlərə əl vurmadan bir neçəsini istəkli oxuculara təqdim edirik.

"Mingəçevir", "Azərbaycan" və "Bakı" adlı şeirlər Nəriman İsayevin, "Mənim atam" şeiri isə onun oğlu Azər İsayevin qələminin məhsuludur. Həmin dörd şeiri diqqətinizə çatdırırıq.

 

 

MİNGƏÇEVİR

 

Təməl qoyan, çəkic vuran, beton tökən

hər fəhlənin

Cavan, yaşlı, qadın, kişi, mühəndisin,

texniklərin

Bacarıqlı, düşüncəli inşaatın rəhbərinin

bir arzuyla vurur canı:

"Vətənimə xidmət üçün,

tez qurtarmaq stansiyanı!"

Mingəçevir!

Vətənimin hər yerində eşidəndə

Mingəçevir!

Üzlər gülür

Soruşuram dərsə gedən

Uşaqlardan, haralısan?

Məğrur-məğrur cavab verir:

"Vətənimdir Mingəçevir!"

Sevincimdir Mingəçevir.

Əzbər olub adın indi, hər bir

yerdə çox deyilir,

Vətənimdə hər kəs sənə, saf

ürəklə hörmət edir.

Xalqım daim gülər üzlə, pak eşqilə

səni sevir.

Xoşbəxt sovet ailəsində

Xalqımızın qüdrətini,

Qaldıracaq səmalara,

Şöhrətini Mingəçevir.

 

***

 

AZƏRBAYCAN

 

Könlümü oxşayan azad vətənim

Əzəldən doğuldum qoynunda sənin

Demək, sən olmusan doğma beşiyim

Səni candan artıq necə sevməyim?

 

Bir ana tək yetişdirdin qoynunda

Çox bəlalar çəkdin mənim yolumda

Səndən, şən vaxtımda, azad çağımda

Ayrıla bilərmi ürək tellərim?

 

Səadət eşqilə yanan babalar

Azadlıq uğrunda çarpışan Xanlar.

Yolunda can verən 26-lar,

Necə xatirimdən silinsin mənim?

 

Parlaq gələcəkdən, azad ilhamdan,

Şərqin qapısında yanan ilk şamdan!

Mümkün olarmı heç, dünyada bir an

Tükənsin, bəslənin saf məhəbbətim?

 

Eşqinlə bağlıdır qələmim mənim,

Adınla ucalır əməlim mənim.

Ən xoşbəxt sayıram özümü, çünki

Səndə qoyulmuşdur təməlim mənim.

 

***

 

BAKI

 

Ey sevimli şəhər, qəhrəman Bakı,

Diqqət yetir, oğlunun qəlbindəki

Səndən ayrı olan saatlarında,

Könlünün kədərli, həm xoş çağında

Sənə qarşı olan öz hörmətini

Ürəkdə bəslənən məhəbbətini.

 

Dağların qoynundakı nəhəng tikintilərdə,

Yorulmaq bilməyərək səndən ilham alırdım.

Səndən yaxın, ya uzaq, yəni başqa yerlərdə,

Hər an, hər dəqiqə mən, səni xatırlayırdım.

 

Gəzəndə xoş diyarlarda, laləzar çəmənlərdə,

Kaş qoynunda olaydım, deyib, arzulayırdım.

Qəmli saatlarımda, fikirli vaxtlarımda

Xəyalımda tək səndə nicat yolu tapırdım.

 

Hər dəfə, hər yerdə mən haqqında eşidəndə,

Səni bir daha yenə görməkçün yol arardım.

Küləkli qış günləri, şaxtalı gecələrdə,

Yalnız xəyalımda sən, şirin-şirin yatırdım.

 

Çiçəkli yaz günləri, səfalı gecələrdə,

Sənin ətrini yalnız, qızılgüldən alırdım.

Həyatımda rast gələn ən çətin günlərimdə

Mən ruhdan düşməyirdim - eşqinlə ruhlanırdım.

 

***

 

MƏNİM ATAM

 

Oxuduğum məktəbi

Tikibdir mənim atam.

Arzum budur - məktəblər

Mən də qurub-yaradam.

 

Atamın əllərinin

İçi qabar-qabardır.

Tikdiyi hər binadan

Sanki xatirə vardır.

 

Azər

1977, yanvar