• slide1
     
  • slide1
     


  •  






 

 

 

Tikinti ilə məşğul olan baş idarə və nazirliklərlə ümumi razılığa gələ bilsək də, tikinti işlərini sürətlə aparmaqdan ötrü xeyli sement, daş, taxta materialları və s. lazım idi. Onda Nəriman İsayev respublika tikinti materialları sənayesi naziri idi. Biz ona müraciət etdik.

Ardını oxu...
032.jpg

Nəriman İsayev milli adət və ənənələrimizin də, ana dilimizin də, azərbaycanşünaslığın təəssübkeşi, hamisi kimi də onu tanıyanlar arasında hörmət və ehtiram qazanmışdır.

Yusif Nağıyev

Sadəlik, mərifət və ziyalılığın xəfif vəhdəti

 

Qaraş Əfəndiyev

"İnşaatçı" - "Stroitel" qəzetlərinin xüsusi müxbiri, Azərbaycan Jurnalistlər İttifaqının üzvü

 

“Nəriman müəllim ideyalı, əqidəcə saf, ürəyi təmiz bir insan idi. Mən onun xətrini dünyalar qədər istəyirdim. Hələ "İnşaatçı" qəzetində redaktor işlədiyim vaxtdan onu əməksevər bir bacarıqlı mütəxəssis kimi tanıyıram.

O, qələm sahiblərinin ən yaxın dostu idi. Bizim qəzetə tez-tez müsahibələr verir, qəzetimizi abunə yazılışında fəal iştirak edirdi. Mən hesab edirəm ki, sadəlik, mərifət və ziyalılığın xəfif vəhdəti Nəriman İsayevin daxilində birləşmişdi. Elə buna görədir ki, Nəriman İsayev xalq arasında sevilir, seçilir, hər dəfə onu Ali Sovetdə deputatlar sırasında görürdük. Allah ona rəhmət eləsin. Amin!”.