O, təmkini və səbri ilə seçilərdi
Sahib Rəhimov
Azərbaycan Respublikası Köçkünlər və Qaçqınlar üzrə Dövlət Komitəsi sədrinin sabiq birinci müavini, dövlət prezident təqaüdçüsü
Sahib Səttar oğlu Rəhimov 1936-cı ildə Füzuli rayonunda anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Tikinti kompleksində, Dövlət Plan Komitəsində, Təchizat Komitəsində məsul vəzifələrdə işləyib, zavod direktoru olub, nazir müavini vəzifələrində çalışıb. Son 15 ildə Dövlət Qaçqınlar Komitəsində sədr müavini işləyib.
“Bu xatirə yazını qələmə alan dəqiqələrdə ötən əsrin 60-70-ci illəri gözlərim qarşısında canlandı. Üstəlik dünya şöhrətli ingilis şairi Con Donnun müdrik sözləri yadıma düşdü: "Ada kimi yalnız özü üçün olan adam yoxdur. Hər bir adam qitənin, qurunun bir hissəsidir. Əgər dalğa dənizdə sahil qaya-sını yuyub aparsa, Avropa kiçilər və habelə, əgər o, dəniz burnunun ucunu yumuş olsa, yaxud sənin və ya sənin yoldaşının evini uçurtsa, hər bir insan ölümü mənə də təsir edər, çünki mən bütün bəşə-riyyətlə vəhdət təşkil edirəm, ona görə də heç zaman soruşma ki, zəng kimin üçün çalınır, məhz sə-nin üçün də çalınır".
Bu çox maraqlı fikirdir və maraqlı olduğu kimi də çox hikmətli, dəyərli kəlamdır. Dərindən düşünəndə bir daha görürük ki, böyük ədibin bu sözlərində bəşəriyyətin vəhdəti, hər bir bəşər övladı-nın insanlıq qarşısında borcu özünü büruzə verir. Hesab edirəm ki, hər hansı bir insan, xüsusilə mütə-xəssis, rəhbər işçi, məmur, pedaqoq, hüquqşünas, xüsusilə həyata qədəm basan cavanlarımız bax bu dediklərimi dərindən dərk etməlidirlər. Çünki insanlarla xoş rəftar etməkdən, insanlarla mehriban və səmimi davranmaqdan, insanlarla doğru, düzgün və saf niyyətlə ünsiyyət saxlamaqdan, özündən kiçiklərə qayğı göstərməkdən, yaşlı nəslə hörmətlə yanaşmaqdan qiymətli nə ola bilər? Bax, qardaş qədər xətrini istədiyim Nəriman İsayev məhz bu cür xasiyyətli, bu cür biçimli insan idi. Bəli, o, böyük hərflərlə yazılan İNSAN idi. Onun böyüklüyü bir az əvvəl dediyim etik normalar, davranış qaydaları, kiminləsə ünsiyyət yaratmaq qabiliyyəti ilə səciyyələnirdi.