• slide1
     
  • slide1
     


  •  






«Если говорить о Наримане Исаеве, перед глазами встает гигантский объем работ в агропромышленном комплексе страны, развернувшийся в 70-80 гг. прошлого столетия. Безусловно, в том, что эти огромные масштабы были успешно реализованы – большая заслуга Нариман-муаллима.

Подробнее...
001.jpg

Я убедился, что Нариман-муаллим – очень грамотный специалист, опытный руководитель, настоящий азербайджанец, человек, верный своей родине. Он отличался от многих своей внимательностью, простотой, искренностью.

Джахангир Годжаев

...Tikdim ki, izim qala

 

Bir sıra alimlərin iddiasına görə, müəyyən qabiliyyətlərin bünövrəsi bəzi adamlarda genetik olur. Və bu qabiliyyətlərin sonrakı inkişafı bilavasitə insanın ailəsindən və müəllimindən asılıdır. Bu gün (27 iyul 2005-ci ildə) 75 illiyini qeyd etdiyimiz tanınmış inşaatçı, artıq dünyasını dəyişmiş Nəriman İsayevin taleyi də elə bu cür cərəyan edib.

O, həkim ailəsində böyüyüb boya-başa çatıb. Valideynləri tanınmış terapevt və təbii ki, əksər həkimlər kimi, övladlarının Hippokratın yolu ilə getmələrini istəyiblər. Bundan savayı, Nəriman Ağaxan oğlunun yaxşı musiqi duyumu olması da çoxlarına məlum idi. O, bir neçə musiqi alətində ifa etməyi bacarırdı və hətta orta musiqi təhsili də almışdı.

Bütün bunlara baxmayaraq, Nəriman kiminsə gözləmədiyi halda tamamilə fərqli həyat yolunu seçir. On altı yaşında ikən o, Sənaye İnstitutunun (hazırkı Neft və Qaz Akademiyası) energetika fakültəsinə daxil olur. Bu hadisə 1946-cı ilə təsadüf edirdi və o vaxtlar ali məktəblərə bir qayda olaraq ordudan tərxis olunmuş hərbçilər daxil olurdular. O zaman yaşca ən gənc olmasına baxmayaraq məhz Nərimanı qrup nümayəndəsi seçirlər. O illərin ən nüfuzlu institutunda tələbəlik illəri çox tez gəlib keçir. Və Nəriman təhsilini başa vurduqdan sonra 1951-ci ildə "Mingəçevirtikinti"də sıravi mühəndis kimi işə başlayır. Az sonra o, burada iş icraçısı və baş iş icraçısı vəzifələrinə yüksəlir.

Bizim bu yazını ərsəyə gətirmək üçün söhbət etdiyimiz bütün insanlar Nəriman İsayevin əmək fəaliyyətini və insani keyfiyyətlərini çox yüksək qiymətləndirdilər. O, doğrudan da bu tərifə layiq idi. Nəriman İsayev Azərbaycan torpağında Mingəçevir SES, Bakı Kondisionerləri Zavodu, Kür su kəməri, Sumqayıt Kimya Kombinatı, Gəncə Alüminium Zavodu, Bakı Metropoliteni və çoxlu sayda digər nəhəng tikintilərin ərsəyə gəlməsində iştirak edib. Bir sözlə, o, öz əməyi ilə iz qoyub və bu izlər heç zaman silinmir.

Akademik İsmayıl Əli oğlu İbrahimovla söhbətimizdə o, qeyd etdi ki, ötən əsrin 70-ci illərində Azərbaycan sənayesində köklü yenidənqurma işləri gedir, eləcə də fəaliyyətdə olan müəssisələrin texniki təchizatında böyük irəliləyişlər müşahidə olunurdu: "Həmçinin həmin dövrdə iqtisadiyyatın elektron, radioqurma, aviasiya, zərgərlik və əlvan metallurgiya kimi yeni sahələrinin təməli qoyulurdu. Həmin dövrdə təbii ki, qarşıya qoyulan əsas vəzifə təkcə sırf tikinti işlərini yox, həm də texniki yenidənqurma işlərini həyata keçirmək idi. Və bu zaman əsas rollardan biri Nazirlər Kabinetinin nəzdində yeni yaradılmış quraşdırma və xüsusi tikinti işləri üzrə idarəsinə həvalə olunmuşdu. Mühüm əhəmiyyət kəsb edən bu qurumun ilk rəhbəri isə təcrübəli və savadlı mühəndis Nəriman İsayev olur. Mən o zaman Nazirlər Kabineti sədrinin birinci müavini idim və təbii ki, işimlə əlaqədar onunla tez-tez ünsiyyətdə olurdum. Bu adam savadlı, müasir düşüncəli rəhbər idi və onunla işləmək mənim üçün çox maraqlı idi".

Ancaq hələ bu vəzifəyə təyin edilənə qədər Nəriman İsayev 15 il ərzində "Azkommunenerji", "Azelektromontaj", "Azpromelektronmontac" kimi tikinti trestlərinin kələ-kötür beton pillələri ilə mürəkkəb bir yol qət etmişdi. Beləcə, bu bölmələrdə işlədiyi illər ərzində topladığı təcrübəyə malik Nəriman İsayevi 1969-cu ildə məsul vəzifəyə təyin etmişdilər. Və o, düz 7 il ərzində cəfakeşliklə bu vəzifədə çalışmışdı.

Onunla birgə işləmək, xüsusən gənclər üçün çox maraqlı idi. Çünki bu adam həmişə işdə yeni texnologiyaların, indiki cür desək, "nou-xau"nun tətbiqinə can atardı. O dövrdə respublikada quraşdırma işləri görən bütün təşkilatlar Nəriman müəllimin rəhbərlik etdiyi idarəyə təhkim olunmuşdu. O, işində ciddi və tələbkar olması ilə bərabər, həm də ədalətli idi. Nəriman müəllim heç zaman buraxılmış səhvləri tabeçiliyində olan işçilərin çiyninə qoymazdı.

Müxtəlif mürəkkəb obyektlərdə onunla birgə işləmiş insanlar Nəriman İsayevi savadlı mütəxəssis və yeni düşüncə tərzinə malik rəhbər işçi kimi xarakterizə edirlər. Adətən az danışan Nəriman müəllim, icra olunacaq tapşırıqları izah edərkən öz fikirlərini inşaatçı dilində, çox dəqiq və sadə tərzdə işçilərinə başa salırdı. Xaricən qaraqabaq adam təsiri bağışlasa da, işdən kənarda onunla istənilən həyati mövzularla bağlı çox isti söhbətlər etmək olurdu.

O zaman Kür su kəmərinin inşası çox çətinliklə həyata keçirilirdi. İşlər həddən artıq isti hava şəraitində aparılırdı. Və adətən bu cür tikintilərdə rast gəlinən, əvvəlcədən planlaşdırılmayan çətinlikləri ayaqüstü həll etmək lazım gəlirdi. Tutalım, hər hansı bir çoxmərtəbəli binanın inşası zamanı tikintidə çalışan bütün xidmətlər stasionar rejimdə çalışırlar. Ancaq neft, qaz, su kəmərlərinin, dəmiryol və trasların tikintisi zamanı bütün mexanika, təminat və hətta inşaatçıların özləri də daima hərəkətdə olduqlarından hər şey daha mürəkkəb olur.

Adlı-sanlı inşaatçı, əvəzsiz insan olan Telman Kazımov da uzun illər Nəriman İsayevlə birgə işləyib. T.Kazımov haqqında həmişə deyərdilər ki, o, inşaatçılar arasında ən ziyalısı, daha dəqiqi, inşaatçı düşüncəyə malik olan bir insandır. “Nəriman İsayevlə 1967-ci ildə, "Qlavk"ın "Orqsintez"in tikintisi probleminə həsr olunmuş müşavirədə tanış olmuşuq". T.Kazımov o illəri belə xatırlayır: "Onun açıq çıxışı və iş üslubu mənim diqqətimi çəkmişdi. O, bir işi görməzdən öncə mütəxəssislərdən hər şeyi xırdalıqlarına qədər sorğu-sual edərdi. O zaman "Azpromelektromontaj" yeni bir təşkilat idi. Və Nəriman İsayev orada fəaliyyətə başladığı zaman gördüyü ilk iş istehsal bazalarının tikintisi və milli kadrların hazırlanması oldu. O illər bir qayda olaraq quraşdırma təşkilatlarına kənardan respublikaya gələn şəxslər təyin olunurdular və onlar bir qayda olaraq ölkənin mentalitetinə, iqtisadiyyatına nabələd olurdular. Nəriman Ağaxan oğlu bax belə çətin, problemlərlə dolu olan bir vəziyyətdə işə başlamışdı. Onun enerjisi və peşəkarlığı sayəsində qısa müddət ərzində bu təşkilat ən mürəkkəb elektrik quraşdırma işlərini yerinə yetirməyə qadir güclü, texniki cəhətdən tam təchiz olunmuş bir təşkilata çevrildi. O zaman bu tipli təşkilatlarda ilk dəfə olaraq mühüm əhəmiyyət kəsb edən buraxılış - bərpa dəstəsi yaradıldı. Bu dəstə iri obyektlərdə bütün quraşdırma işlərini həyata keçirməyə qadir idi. Məhz o illər bu dəstənin mütəxəssisləri Bakı metrosunun ilk buraxılış məntəqəsində çox ciddi işləri həyata keçirərək, qeyri-adi şəraitdə yüz kilometrlərlə naqil xətləri quraşdırmışdılar".

Sonradan Nəriman İsayevi sənaye tikinti materialları naziri təyin edirlər. Bu, sadəcə növbəti yüksəliş yox, daha çox, onun prinsipiallığına və tələbkarlığına verilən qiymət idi. O illər Abşeronda bir tikinti "bum"u başlamışdı. İndiki kimi dəbdəbəli mülklər tikilməsə də, hər halda xüsusi evlər tikilirdi. Və bu evlərin inşa edilməsi üçün "kubik" daş, sement tapmaq lazım olurdu. Elə o ərəfədə az taplan tikinti materiallarının oğurlanması kimi neqativ faktlar üzə çıxmağa başlamışdı ki, bu halların da mövcudluğu dövlət tikintisinə birbaşa maneçilik törədirdi.

Bu məsələlər ən yüksək dövlət səviyyəsində müzakirə olunurdu və isti yerlərində oturub heç nədən pul qazananlar, eləcə də dövlətə məxsus materiallardan havayı ev tikmək həvəsində olanlar çox ciddi şəkildə cəzalandırılırdılar.

Nəriman İsayev bu vəzifəyə gəldikdən sonra və köhnə tanışlıq münasibətlərinə, nə də kiminsə yuxarılardan tapşırılmasına baxmadan, rəhbərlik etdiyi sistemi yarıtmaz adamlardan təmizləməyə başladı. Bu da Bakıda təbii ki, bəzilərinin xoşuna gəlmədi. Və nazirin əleyhinə o zaman daha çox "dəbdə" olan Xalq Nəzarəti Komitəsinə saysız-hesabsız anonim məktublar göndərilməyə başlanıldı.

Nəriman İsayev isə 5 il ərzində gecə-gündüz işləyə-işləyə, eləcə də eyni zamanda böhtanlarla mübarizə apararaq, şəxsən nazirliyin bütün obyektlərinə baş çəkərdi. Və sonda o, sənaye tikinti materialları sistemində əvvəl-axır qayda-qanun yaratmağa nail oldu. Onun sayəsində nəhayət ki, dövlət tikintiləri rahat nəfəs ala bildilər.

Nəriman İsayevin tərcümeyi-halı ilə tanış olduqda, onun tez-tez bir tikinti müəssisəsindən digərinə işə göndərilməsi istər-istəməz adamın təəccübünə səbəb olur. Beləcə, Sənaye Tikinti Nazirliyindən sonra o, bir neçə il Avtomobil Yollarının İnşası və İstismarı Nazirliyində işləmişdi. Bunun ardınca isə o, bir müddət "Azkəmərtikinti"də çalışmışdı.

Və artıq həyatının sonunda onu qısamüddətli olsa da, şəhərin həyatında çox önəmli olan bir sahəyə "BaQES"ə rəis təyin etmişdilər. Bu müəssisənin keçmiş baş mühəndisi İbrahim Abdullayevin bizə dediyinə görə, Nəriman İsayev şəhərin elektrik naqilləri sisteminə mexanikləşdirmə, avtomatlaşdırma və məsafədən idarəetmə xidmətini tətbiq etmişdi.

Bir sözlə, Nəriman İsayevi həmişə vicdan və tələbkarlığın, peşəkarlıq və inadkarlığın zəruri olduğu yerlərə göndərirdilər. Bu illər ərzində işlədiyi yerlə, qaydaya saldığı istehsalatla, mehriban kollektivlə hər dəfə ayrılmaq nə qədər çətin olsa da, o, heç zaman "yox" cavabı verməzdi.

Yazının müəlliflərindən biri o zaman ticarət nazirinin tikinti üzrə müavini vəzifəsində çalışırdı. O dövrdə Moskvada sonradan məşhur olacaq "Bakı" restoranı və eyni zamanda, şəhərin mərkəzində mehmanxana inşa edilirdi. Və orada çalışan bütün inşaatçılar o zaman Nəriman İsayevin peşəkarlığını və vətənpərvərliyini çox yüksək qiymətləndirmişdilər.

Tikintilərdə o zaman üçün dəbdə olan travertin lövhələrdən və mərmərdən istifadə olunmasına baxmayaraq, təchizatda bir dəfə də olsun problem yaranmamışdı.

...Bu yerdə yenidən yazımızın əvvəlinə, Nəriman Ağaxan oğlunun ailə ənənələrinə və gənclik illərinə qayıtmaq istərdik. Yox, o, nə həkim, nə də ki, musiqiçi oldu, halbuki hər iki peşəyə təbiətən ona istedad bəxş edilmişdi. Buna baxmayaraq, musiqi və incəsənətə olan sevgi ömrünün sonuna qədər onun ürəyində qaldı. O, ömrünün sonuna qədər həyat yoldaşı ilə opera teatrının tamaşalarına, simfonik və əlbəttə ki, dövlət xalq çalğı ansamblının konsertlərinə gedərdi. Bura onun üçün ən çox istirahət yeri idi. Buldozer və yük maşınlarının səs-küyündən sonra o, burada rahatlıq tapar, özünü bütünlüklə gözəl musiqi aurasının ixtiyarına verərdi.

Nəriman İsayev barədə apardığımız söhbətlər əsnasında bu adamın həqiqətən də çox böyük işlər gördüyünün şahidi olduq. Onun fəal iştirakı ilə Azərbaycan torpağında ucaldılmış onlarla zavod və fabriklər, sosial və mədəniyyət obyektləri indi də insanların xidmətindədir. Bəli, onun ərsəyə gətirdiyi tikililərin timsalında özündən sonra qoyub getdiyi izlər torpaqdan heç vaxt silinməyəcək.

 

Arif Şahbazov,

Azad Şərif.